سوره‌ها

جزء

بسم الله الرحمن الرحیم

حم ۱
mammadaliyev Ha, Mim!
عسق ۲
mammadaliyev Eyn, Sin, Qaf!
كذالك يوحي اليك والى الذين من قبلك الله العزيز الحكيم ۳
mammadaliyev (Ya Rəsulum!) Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy edir!
له ما في السماوات وما في الارض ۖ وهو العلي العظيم ۴
mammadaliyev Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur!
ﭿ
تكاد السماوات يتفطرن من فوقهن ۚ والملايكة يسبحون بحمد ربهم ويستغفرون لمن في الارض ۗ الا ان الله هو الغفور الرحيم ۵
mammadaliyev Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!
والذين اتخذوا من دونه اولياء الله حفيظ عليهم وما انت عليهم بوكيل ۶
mammadaliyev (Ya Peyğəmbər!) Allahdan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız risaləti, Allahın hökmlərini təbliğ etməkdir!)
وكذالك اوحينا اليك قرانا عربيا لتنذر ام القرى ومن حولها وتنذر يوم الجمع لا ريب فيه ۚ فريق في الجنة وفريق في السعير ۷
mammadaliyev (Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Qur’an vəhy etdik. (Axirətdə insanların) bir qismi (mö’minlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!
ولو شاء الله لجعلهم امة واحدة ولاكن يدخل من يشاء في رحمته ۚ والظالمون ما لهم من ولي ولا نصير ۸
mammadaliyev Əgər Allah diləsəydi, onların hamısını (eyni dində olan) vahid bir ümmət edərdi. Amma Allah istədiyini (haqq dinə gətirməklə) Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir dostu olar, nə də bir imdada yetəni!
ام اتخذوا من دونه اولياء ۖ فالله هو الولي وهو يحيي الموتى وهو على كل شيء قدير ۹
mammadaliyev Yoxsa onlar (müşriklər) özlərinə Allahdan başqa hamilər götürdülər. İxtiyar sahibi ancaq Odur. Ölüləri O dirildir. Hər şeyə O qadirdir!
ﯿ
وما اختلفتم فيه من شيء فحكمه الى الله ۚ ذالكم الله ربي عليه توكلت واليه انيب ۱۰
mammadaliyev Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən (bütün işlərimdə) ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram! (Ona tövbə edirəm!)
فاطر السماوات والارض ۚ جعل لكم من انفسكم ازواجا ومن الانعام ازواجا ۖ يذروكم فيه ۚ ليس كمثله شيء ۖ وهو السميع البصير ۱۱
mammadaliyev Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
له مقاليد السماوات والارض ۖ يبسط الرزق لمن يشاء ويقدر ۚ انه بكل شيء عليم ۱۲
mammadaliyev Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər. O, hər şeyi biləndir!
ﭿ
۞ شرع لكم من الدين ما وصى به نوحا والذي اوحينا اليك وما وصينا به ابراهيم وموسى وعيسى ۖ ان اقيموا الدين ولا تتفرقوا فيه ۚ كبر على المشركين ما تدعوهم اليه ۚ الله يجتبي اليه من يشاء ويهدي اليه من ينيب ۱۳
mammadaliyev (Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin də’vət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!
وما تفرقوا الا من بعد ما جاءهم العلم بغيا بينهم ۚ ولولا كلمة سبقت من ربك الى اجل مسمى لقضي بينهم ۚ وان الذين اورثوا الكتاب من بعدهم لفي شك منه مريب ۱۴
mammadaliyev Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər tə’xirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yə’qin ki bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya özlərinə Qur’an göndərilmiş müşriklər də) onun (Qur’nın, peyğəmbər əleyhissəlamın) barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər.
ﯿ
فلذالك فادع ۖ واستقم كما امرت ۖ ولا تتبع اهواءهم ۖ وقل امنت بما انزل الله من كتاب ۖ وامرت لاعدل بينكم ۖ الله ربنا وربكم ۖ لنا اعمالنا ولكم اعمالكم ۖ لا حجة بيننا وبينكم ۖ الله يجمع بيننا ۖ واليه المصير ۱۵
mammadaliyev (Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) də’vət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma və de: “Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!”
والذين يحاجون في الله من بعد ما استجيب له حجتهم داحضة عند ربهم وعليهم غضب ولهم عذاب شديد ۱۶
mammadaliyev Allahın də’vəti qəbul olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim peyğəmbərimiz sizinkindən daha əfzəldir deyə) mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar (axirətdə) qəzəbə və şiddətli əzaba düçar olacaqlar!
الله الذي انزل الكتاب بالحق والميزان ۗ وما يدريك لعل الساعة قريب ۱۷
mammadaliyev Kitabı və mizan-tərəzini (insanlar arasında ədalət tərəzisi olan şəriəti) haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də, o saat (qiyamət saatı) yaxındır!
ﭿ
يستعجل بها الذين لا يومنون بها ۖ والذين امنوا مشفقون منها ويعلمون انها الحق ۗ الا ان الذين يمارون في الساعة لفي ضلال بعيد ۱۸
mammadaliyev Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnanlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. (Ya Peyğəmbər!) Bil ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər.
الله لطيف بعباده يرزق من يشاء ۖ وهو القوي العزيز ۱۹
mammadaliyev Allah Öz bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir!
من كان يريد حرث الاخرة نزد له في حرثه ۖ ومن كان يريد حرث الدنيا نوته منها وما له في الاخرة من نصيب ۲۰
mammadaliyev Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.
ام لهم شركاء شرعوا لهم من الدين ما لم ياذن به الله ۚ ولولا كلمة الفصل لقضي بينهم ۗ وان الظالمين لهم عذاب اليم ۲۱
mammadaliyev Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır. Əgər (cəzanın qiyamətə saxlanılması barədə) qəti söz (və’d) olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı (hamısı elə dünyada ikən əzaba düçar edilərdi). Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!
ﯿ
ترى الظالمين مشفقين مما كسبوا وهو واقع بهم ۗ والذين امنوا وعملوا الصالحات في روضات الجنات ۖ لهم ما يشاءون عند ربهم ۚ ذالك هو الفضل الكبير ۲۲
mammadaliyev (Ya Peyğəmbər! Qiyamət günü) zalımları (dünyada) qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük ne’mət!
ذالك الذي يبشر الله عباده الذين امنوا وعملوا الصالحات ۗ قل لا اسالكم عليه اجرا الا المودة في القربى ۗ ومن يقترف حسنة نزد له فيها حسنا ۚ ان الله غفور شكور ۲۳
mammadaliyev Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)
ﭿ
ام يقولون افترى على الله كذبا ۖ فان يشا الله يختم على قلبك ۗ ويمح الله الباطل ويحق الحق بكلماته ۚ انه عليم بذات الصدور ۲۴
mammadaliyev Yoxsa onlar: “(Muhəmməd) Allaha qarşı yalan uydurdu!” – deyirlər. (Ya Peyğəmbər!) Əgər Allah istəsə, sənin qəlbini möhürləyər (Allahın adından yalan danışacağın təqdirdə Qur’anı sənə büsbütün unutdurar). Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.
وهو الذي يقبل التوبة عن عباده ويعفو عن السييات ويعلم ما تفعلون ۲۵
mammadaliyev Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir.
ويستجيب الذين امنوا وعملوا الصالحات ويزيدهم من فضله ۚ والكافرون لهم عذاب شديد ۲۶
mammadaliyev İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz ne’mətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!
۞ ولو بسط الله الرزق لعباده لبغوا في الارض ولاكن ينزل بقدر ما يشاء ۚ انه بعباده خبير بصير ۲۷
mammadaliyev Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar).
وهو الذي ينزل الغيث من بعد ما قنطوا وينشر رحمته ۚ وهو الولي الحميد ۲۸
mammadaliyev (İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, ne’mətini (yağışını) açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tə’rifə (şükrə) layiq olan da Odur.
ومن اياته خلق السماوات والارض وما بث فيهما من دابة ۚ وهو على جمعهم اذا يشاء قدير ۲۹
mammadaliyev Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!
ﯿ
وما اصابكم من مصيبة فبما كسبت ايديكم ويعفو عن كثير ۳۰
mammadaliyev Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.
وما انتم بمعجزين في الارض ۖ وما لكم من دون الله من ولي ولا نصير ۳۱
mammadaliyev Siz (Allahı) yer üzündə aciz buraxa bilməzsiniz (Onun əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allahdan başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada yetəniniz!
ومن اياته الجوار في البحر كالاعلام ۳۲
mammadaliyev Dənizdə (uca) dağlar kimi üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir.
ان يشا يسكن الريح فيظللن رواكد على ظهره ۚ ان في ذالك لايات لكل صبار شكور ۳۳
mammadaliyev Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən, (ne’mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
او يوبقهن بما كسبوا ويعف عن كثير ۳۴
mammadaliyev Yaxud onları (gəmi əhlini) qazandıqlarına (günahlarına) görə məhv edər və bir çoxunu bağışlayar!
ويعلم الذين يجادلون في اياتنا ما لهم من محيص ۳۵
mammadaliyev Bizim ayələrimiz (qüdrət nişanələrimiz) barəsində mübahisə edənlər bilsinlər ki, onlar üçün (əzabımızdan) qaçıb can qurtarmağa heç bir yer yoxudur!
ﭿ
فما اوتيتم من شيء فمتاع الحياة الدنيا ۖ وما عند الله خير وابقى للذين امنوا وعلى ربهم يتوكلون ۳۶
mammadaliyev Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər;
والذين يجتنبون كباير الاثم والفواحش واذا ما غضبوا هم يغفرون ۳۷
mammadaliyev O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;
والذين استجابوا لربهم واقاموا الصلاة وامرهم شورى بينهم ومما رزقناهم ينفقون ۳۸
mammadaliyev O kəslər üçün ki, Rəbbinin də’vətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.
والذين اذا اصابهم البغي هم ينتصرون ۳۹
mammadaliyev Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) mə’ruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası nədirsə, onu verərlər).
وجزاء سيية سيية مثلها ۖ فمن عفا واصلح فاجره على الله ۚ انه لا يحب الظالمين ۴۰
mammadaliyev Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!
ولمن انتصر بعد ظلمه فاولايك ما عليهم من سبيل ۴۱
mammadaliyev Zülmə mə’ruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz (onların heç bir günahı yoxdur, uğradıqları haqsızlığın əvəzini çıxmışlar).
انما السبيل على الذين يظلمون الناس ويبغون في الارض بغير الحق ۚ اولايك لهم عذاب اليم ۴۲
mammadaliyev Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!
ﯿ
ولمن صبر وغفر ان ذالك لمن عزم الامور ۴۳
mammadaliyev Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!
ومن يضلل الله فما له من ولي من بعده ۗ وترى الظالمين لما راوا العذاب يقولون هل الى مرد من سبيل ۴۴
mammadaliyev Allahın yoldan çıxartdığı kimsəyə (Allahın) Özündən başqa yol göstərən olmaz. (Ya Peyğəmbər!) Sən zalımları əzabı gördükləri zaman: “(Pərvərdigara!) Geri dönməyə dünyaya qayıtmağa) bir yol varmıdır?” – deyən görəcəksən.
وتراهم يعرضون عليها خاشعين من الذل ينظرون من طرف خفي ۗ وقال الذين امنوا ان الخاسرين الذين خسروا انفسهم واهليهم يوم القيامة ۗ الا ان الظالمين في عذاب مقيم ۴۵
mammadaliyev Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!” Bilin ki, zalımlar (kafirlər) daimi əzab içində olacaqlar.
ﭿ
وما كان لهم من اولياء ينصرونهم من دون الله ۗ ومن يضلل الله فما له من سبيل ۴۶
mammadaliyev Onlara Allahdan başqa yardım edəcək (Allahın əzabından qurtara biləcək) dostlar tapılmayacaqdır. Allahın (öz pis əməlinə, çirkin e’tiqadına görə) zəlalətə saldığı kimsə üçün (haqqa dönüb qayıtmağa) heç bir yol olmaz!
استجيبوا لربكم من قبل ان ياتي يوم لا مرد له من الله ۚ ما لكم من ملجا يوميذ وما لكم من نكير ۴۷
mammadaliyev (Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün (qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin də’vətini qəbul edin! (Ona iman gətirin!) O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz!
فان اعرضوا فما ارسلناك عليهم حفيظا ۖ ان عليك الا البلاغ ۗ وانا اذا اذقنا الانسان منا رحمة فرح بها ۖ وان تصبهم سيية بما قدمت ايديهم فان الانسان كفور ۴۸
mammadaliyev (Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin də’vətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət (ne’mət) daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!
لله ملك السماوات والارض ۚ يخلق ما يشاء ۚ يهب لمن يشاء اناثا ويهب لمن يشاء الذكور ۴۹
mammadaliyev Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.
او يزوجهم ذكرانا واناثا ۖ ويجعل من يشاء عقيما ۚ انه عليم قدير ۵۰
mammadaliyev Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
ﯿ
۞ وما كان لبشر ان يكلمه الله الا وحيا او من وراء حجاب او يرسل رسولا فيوحي باذنه ما يشاء ۚ انه علي حكيم ۵۱
mammadaliyev (Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və rö’ya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!
وكذالك اوحينا اليك روحا من امرنا ۚ ما كنت تدري ما الكتاب ولا الايمان ولاكن جعلناه نورا نهدي به من نشاء من عبادنا ۚ وانك لتهدي الى صراط مستقيم ۵۲
mammadaliyev (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (mö’minlərə mə’nəvi həyat verən Qur’an) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə də’vət edib haqqa qovuşdurursan).
ﭿ
صراط الله الذي له ما في السماوات وما في الارض ۗ الا الى الله تصير الامور ۵۳
mammadaliyev O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!
مشاری راشد العفاسی
قرآن - سوره ۴۲ شوری - آیه ۱
مشاری راشد العفاسی ترتیل
حالت پخش
تکرار آیه
مکث
اسکرول خودکار

باید بخوانید

اپ سلام قرآن

اپ شماره یک قرآن در کره زمین

اپ سلام قرآن
لطفا برای بهرمندی از تجربه مطلوب‌تر از مرورگرهای مطرح استفاده کنید.