سوره‌ها

جزء

بسم الله الرحمن الرحیم

هل اتى على الانسان حين من الدهر لم يكن شييا مذكورا ۱
musayev Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
انا خلقنا الانسان من نطفة امشاج نبتليه فجعلناه سميعا بصيرا ۲
musayev İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.
انا هديناه السبيل اما شاكرا واما كفورا ۳
musayev Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
ﯿ
انا اعتدنا للكافرين سلاسل واغلالا وسعيرا ۴
musayev Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.
ان الابرار يشربون من كاس كان مزاجها كافورا ۵
musayev Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər.
عينا يشرب بها عباد الله يفجرونها تفجيرا ۶
musayev Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.
يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا ۷
musayev Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar.
ويطعمون الطعام على حبه مسكينا ويتيما واسيرا ۸
musayev Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər
انما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا ۹
musayev və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!
انا نخاف من ربنا يوما عبوسا قمطريرا ۱۰
musayev Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
ﭿ
فوقاهم الله شر ذالك اليوم ولقاهم نضرة وسرورا ۱۱
musayev Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;
وجزاهم بما صبروا جنة وحريرا ۱۲
musayev onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar.
متكيين فيها على الارايك ۖ لا يرون فيها شمسا ولا زمهريرا ۱۳
musayev Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.
ودانية عليهم ظلالها وذللت قطوفها تذليلا ۱۴
musayev Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
ويطاف عليهم بانية من فضة واكواب كانت قواريرا ۱۵
musayev Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
قوارير من فضة قدروها تقديرا ۱۶
musayev Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar.
ويسقون فيها كاسا كان مزاجها زنجبيلا ۱۷
musayev Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək.
عينا فيها تسمى سلسبيلا ۱۸
musayev Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır.
۞ ويطوف عليهم ولدان مخلدون اذا رايتهم حسبتهم لولوا منثورا ۱۹
musayev Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
واذا رايت ثم رايت نعيما وملكا كبيرا ۲۰
musayev Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.
عاليهم ثياب سندس خضر واستبرق ۖ وحلوا اساور من فضة وسقاهم ربهم شرابا طهورا ۲۱
musayev Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
ﯿ
ان هاذا كان لكم جزاء وكان سعيكم مشكورا ۲۲
musayev Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.
انا نحن نزلنا عليك القران تنزيلا ۲۳
musayev Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
فاصبر لحكم ربك ولا تطع منهم اثما او كفورا ۲۴
musayev Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
واذكر اسم ربك بكرة واصيلا ۲۵
musayev Səhər-axşam Rəbbinin adını zikr et!
ومن الليل فاسجد له وسبحه ليلا طويلا ۲۶
musayev Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
ان هاولاء يحبون العاجلة ويذرون وراءهم يوما ثقيلا ۲۷
musayev Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar.
نحن خلقناهم وشددنا اسرهم ۖ واذا شينا بدلنا امثالهم تبديلا ۲۸
musayev Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik.
ان هاذه تذكرة ۖ فمن شاء اتخذ الى ربه سبيلا ۲۹
musayev Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
ﭿ
وما تشاءون الا ان يشاء الله ۚ ان الله كان عليما حكيما ۳۰
musayev Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!
يدخل من يشاء في رحمته ۚ والظالمين اعد لهم عذابا اليما ۳۱
musayev O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.
مشاری راشد العفاسی
قرآن - سوره ۷۶ انسان - آیه ۱
مشاری راشد العفاسی ترتیل
حالت پخش
تکرار آیه
مکث
اسکرول خودکار

باید بخوانید

اپ سلام قرآن

اپ شماره یک قرآن در کره زمین

اپ سلام قرآن
لطفا برای بهرمندی از تجربه مطلوب‌تر از مرورگرهای مطرح استفاده کنید.